Aktrisadan ŞOK SÖZLƏR: “Sənətdə olan bir çox xanımın saxlayanı var”backend

Müğənni və aktrisa Nəzakət Məmmədova qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

“Yeni Gündəm” xəbər verir ki, “Tarixin bir günü” proqramına qonağı olan aktrisa sənətdə olan çox məşhur xanımın sevgilisi olduğunu bildirib:
“Üzr istəyirəm ifadəmə görə, amma məndə söz gəldisə birbaşa deyirəm. Sənətdə olan məşhur xanımların çoxunun saxlayanı var. İndi elələrinə “Həci” deyirlər.
Onlar həmin xanımlara nəsə alırlar. Bu, hər kəsə bəllidir. Amma onu qəbul etmək söhbəti var da. Amma mən şəxsən qəbul etmərəm. Başqa fikirlə kimsə mənə nəyisə hədiyyə etsə, qəbul etmərəm”.