Aktyor xanımı ilə dava edəndən sonra itkin düşdübackend

Günlərdir Tyapa kimi tanınan 30 yaşlı rusiyalı aktyor və bloger Artem Bordinovdan xəbər almaq mümükün deyil.

“Yeni Gundem” xəbər verir ki, “Mash” teleqram kanalının məlumatına görə, aktyor həyat yoldaşı ilə mübahisə etdikdən sonra bir daha onunla əlaqə saxlamayıb. Bordinov sonuncu dəfə yanvarın 9-da sərxoş vəziyyətdə “Penzfilmmaş” kontorunun müşahidə kameralarına düşüb.

Münaqişənin səbəbinin həyat yoldaşının qısqanclığı olduğu bildirilib. O, aktyorun yataq səhnəsində rol almasından narazılığını ifadə etdikdən sonra aralarında mübahisə yaranıb və  Bordinov evi tərk edib. Bundan bir neçə gün sonra isə həyat yoldaşı polisə müraciət edib. O, Bordinovun indiyədək belə bir hərəkət etmədiyini ifadəsində bildirib.

“StarHit”in məlumatına görə, aktyor hazırda “Liza Alert” qrupunun mütəxəssisləri tərəfindən axtarışdadır. Onlar öz portallarında Bordinovun axtarışı ilə bağlı elan dərc ediblər və aktyorun sonuncu dəfə göründüyü yerləri müəyyən etməyə başlayıblar. Yaxınları onun harada olması barədə məlumatlarının olmadığını bildiriblər.

Qeyd edək ki, aktyor “Gözəl və çirkin” və “Yer” kimi bir çox seriallarda rol alıb.

Axşam.az