“Albert Rıjıy” “Lotu Quli”nin qardaşının sifarişi ilə qətlə yetirilib – HÖKM OXUNDUbackend

Azərbaycanlı “qanuni oğru” Əli Heydərovun (Albert Rıjıy) qətlində təqsirləndirilən Mətləb Sultanov Moskva Şəhər Məhkəməsinin hökmü ilə 16 il azadlıqdan məhrum edilib.

Yeni Gundem” xəbər verir ki, ibtidai və məhkəmə istintaqı bu qənaətə gəlib ki, Mətləb Sultanov Albert Rıjını sifariş əsasında qətlə yetirib. Sifarişçi kimi isə şübhələr mərhum “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) qardaşı, hazırda ən nüfuzlu kriminalitetlərdən hesab edilən Namiq Səlifova (Namiq Bakinski) yönəlib. İstintaqın bu qənaətə gəlməsininin səbəbi Əli Heydərovla Lotu Quli arasındakı konflikt olub. Onların maraqları Moskvadakı “Food Sity” Ticarət Mərkəzinə nəzarət uğrunda gedən mübarizədə toqquşub. Ümumiyyətlə, bu ticarət mərkəzi kriminal dünyada bir çox nüfuzlu “oğru”ları üz-üzə qoyub. Bu qarşıdurma nəticəsində Nadir Səlifov sui-qəsdə məruz qalıb. Lotu Qulinin tərəfdarları isə baş verənlərdə Əli Heydərovun əlinin olduğunu düşünüb.

Maraqlıdır ki, istintaq bu qənaətini möhkəmləndirmək üçün Mətləb Sultanovun psevdoniminə istinad edir. Mətləb Sultanov Rusiyaya “Taleh Namiq oğlu Orucov” adı ilə gəlib. Psevdonimi “Taleyin Namiqin əlindədir” şəklində yorumlayan İstintaq Komitəsi hesab edib ki, bu, Namiq Səlifovun Əli Heydərovu cəzalandıracağına dair publik mesajdır. Mətləb Sultanovun vəkili isə müdafiə etdiyi şəxsin Əli Heydərovu sifariş əsasında öldürmədiyini deyir. Onun sözlərinə görə, Mətləb Sultanovun Əli Heydərovu qətlə yetirməsi şəxsi zəmində baş verib. Vəkil əlavə edib ki, hökmün əsaslandırma hissəsi ilə tanışlıqdan sonra apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, qətl ötən ilin yazında törədilib. Mətləb Sultanov məhkəmədə özünü təqsirli bilməyib və qeyd edib ki, Rıjiy ilə şəxsi düşmənçilik səbəbindən uzun müddət bir-birini öldürməyi planlayıblar. M.Sultanov qurbanı əvvəlcədən izləyib və Əli Heydərovun həyat tərzini öyrənib. O, qanuni oğrunun yaşadığı Aviasiya küçəsində yerləşən “Scarlet Sails” yaşayış kompleksində mənzil kirayələyib və Rıjiyin məşq etdiyi fitnes mərkəzinə abunə olub.

Sfera.az