Aldadılaraq adına şirkət açılmış şəxslərin nəzərinəbackend

Aldadılaraq adına hüquqi şəxs yaradılmış təsisçilərə məxsus hüquqi şəxslərə dair müraciətlərin uçotu sistemi qurulacaq.

“Yeni Gundem”-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2023-cü ilin avqustuna qədər uçot sistemi barədə təkliflər hazırlamalı, sistemi yaratmalı və fəaliyyətini təmin etməlidir.