Aleksandr Vuçiç Serbiyanın Ukraynaya silah tədarükünü inkar edirbackend

Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki , Serbiya heç vaxt Ukrayna və ya Rusiyaya silah və ya sursat satmayıb, baxmayaraq ki, Serb silahları üçüncü ölkələr vasitəsilə döyüş meydanına çatıb.

“Yeni Gundem” Xarici KİV-ə istinadən Serbiya liderinin bu barədə fikirlərini təqdim edir:

“Serbiya Ukraynaya silah ixrac etmir və etməyəcək. O, Rusiyaya silah və sursat ixrac etmir və etməyəcək, bunu sübut edən heç bir sənəd yoxdur”, – deyə Vuçiç bildirib.

Onun sözlərinə görə, Serb sursatları Türkiyə, İspaniya və ya Çexiyaya ixrac edildikdən sonra bu və ya digər tərəfdən döyüş meydanına düşəcək.

Xatırladaq ki, Pentaqonun sosial şəbəkələrdə sızan məxfi sənədlərindən birinə görə, Belqradın Kiyevə silah tədarük etməyə razılaşdığını bildirmişdi.

Fərahim Rəhimov