Aleksey Navalnının xanımı da saxlanıldıbackend

Xəbər verdiyimiz kimi, rusiyalı müxalifət lideri Aleksey Navalnının həbsinə etiraz olaraq Moskvada və bir sıra şəhərlərdə aksiyalar keçirilir. Aksiyalar zamanı onlarla şəxs saxlanılıb, polislə qarşıdurma yaşanıb.

“Yeni Gündəm” “RİA Novosti”yə istinadən məlumatına görə, mitinqə qoşulan Navalnının həyat yoldaşı Yuliya Navalnaya da saxlanılıb. Bu barədə o, İnstaqram hesabında paylaşım edib.

“Aşağı keyfiyyətə görə bağışlayın. “Avtozak”da çox pis işıq var”, – deyə siyasətçinin xanımı yazıb.