backend

“Hazırda münaqişənin siyasi həlli mərhələsidir”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı layihənin icrası ilə tanış olan zaman bildirib.

Dövlət başçısı deyib ki, bu mərhələdə də Azərbaycan istədiyinə nail olur və olacaq: “Münaqişənin hərbi mərhələsi başa çatıb. Şuşanın azad edilməsi və noyabrın 9-da daha 70-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi münaqişənin hərbi mərhələsinə son qoyub. Mən münaqişənin və İkinci Qarabağ Müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə deyə bilərəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanında sübut edib. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın. Yaxın günlərdə bizim bu günə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da Azərbaycana qayıdır”.