Ali Hərbi Məktəbdə dövlət imtahanları keçirilirbackend

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları keçirilir.

Bu barədə “Yeni Gündəm” ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, dörd il müddətində hazırlıq keçən və təhsil alan kursantlar bilik və bacarıqlarını nümayiş etdirirlər.

Gələcəyin zabitləri sinif otaqları və xüsusi hazırlanmış məntəqələrdə müxtəlif ixtisaslar və rəhbər sənədlər haqqında məlumatlı olmaları ilə bağlı nəzəri, çöl-səhra şəraitində isə taktiki və atəş hazırlığı, döyüş texnikasının istismarı, eləcə də digər fənlər üzrə praktiki imtahanlar verirlər.