Ali Məclisin deputatları Fransada olublarbackend

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Aida Cəlilzadə və Anar İbrahimov Fransanın Strasburq şəhərində olublar.

“Yeni Gundem” xəbər verir ki, martın 20-dən 24-dək Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 44-cü sessiyası keçirilib.

Konqresin Regionlar Palatasının iclasında çıxış edən A.Cəlilzadə Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq azərbaycanlı ekoloqların aksiyası barədə məlumat verib .

O, “Böyük Qayıdış” proqramının tikintisi və həyata keçirilməsindən də ətraflı danışıb.

İclasda Milli Məclisin deputatı Anar İbrahimov “Demokratiyanın aşağı səviyyədə tətbiqi: Avropa Şurasının gələcəyi və burada Konqresin rolu” sənədinin müzakirəsində iştirak edib.

Fərahim Rəhimov