Ali məktəblərdə tədris 15 gün uzadıldıbackend

Təhsil Nazirliyi Azərbaycan ali məktəblərində dərs ilinin uzadılması haqda qərar verib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Firudin Qurbanov əmr imzalayıb.

Belə ki, dərslər mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam etdiriləcək.

Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı 5 deyil, 4 müəyyən edilib. Belə ki, imtahanlar isə 15 iyunda başlayacaq və 13 iyulda başa çatacaq.