Ali məktəblərə elektron qeydiyyat başlayırbackend

Bu gündən tələbələrin qəbul olunduqları təhsil müəssisələri üzrə elektron qeydiyyatı başlayır.

“Yeni Gündəm”-in məlumatına görə, tələbə adını qazanmış şəxslər sentyabrın 7-dən 20-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Tələbələr qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək onların müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul haqqında əmr ali məktəbə göndərilməyəcək.