Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SƏBƏB – VİDEObackend
Bu il universitetlərə qəbul olunan 2 355 nəfər son anda tələbə adından imtina edib. Bu barədə Elm və Təhsil nazirliyindən məlumat verilib. Nəticə olaraq, qəbul imtahanlarında iştirak edib müsabiqə şərtlərini ödəyən həmin şəxslərin yerləri boş qalacaq.

İmtina edənlər əsasən  ixtisas sayı çox, keçid balı az olan birinci qrupda olanlardır.

Təhsilin idarəedilməsi üzrə mütəxəssis Elşən Qafarov bildirib ki, hər il təxminən 2000-dən çox abituriyent 2-ci tura daxil olduqdan sonra imtina edir. Səbəbi isə təhsil haqqqıdır. İmtina edənlərdən 10-15 faiz isə yüksək bal toplayıb ancaq istədiyi ixtisasa düşə bilməyən, əsasən tibb və hüquq fakultəsini qazananlardır.

Son üç ildə dövlət sifarişi ilə təhsil alanların sayının 40 faiz artırılması, Təhsil tələbə krediti fondunun fəaliyyətə başlaması isə ali təhsilə  əlcatanlığı daha da artırıb.

Qeyd edək ki, qəbul imtahanlarında iştirak edib müsabiqə şərtlərini ödəyən 48 608 abituriyent elektron qeydiyyat üçün müraciət  edib.