ALI QOCAYEVİ YERİNDƏN TƏRPƏDİRLƏR… – YERİNƏ GƏNC KADR GƏTİRİLƏCƏKbackend

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin hələ Binəqədi RİH-nə rəhbərlik etdiyi dövrdə adının hallandığı bəzi qalmaqallara yerli KİV zamanında kifayət qədər diqqət yönəldib. Elə həmin materiallarda da qeyd olunurdu ki, Alı Qocayevin Samux RİH-nin başçısı kimi göstərdiyi fəaliyyəti də problemlərsiz ötüşmür.

Bunları xatırladan məlumatlı mənbə bildirir ki, hazırda himayədarlarının tam güvəncəsi altında olsa da, Alı Qocayev heç də toxunulmaz deyil və yaxın vaxtlarda onunla bağlı da qərar veriləcək.

Mənbənin söylədikləri: “Bu qərar bayramdan sonraya təsadüf edə bilər. Şamaxıda olduğu kimi gənc bir kadrın Samuxa gətirilməsi gözlənilir”.

xeberfakt.az