Alimpaşa Məmmədovun oğluna məxsus olduğu deyilən balıq zavodu haqda rəsmi açıqlamabackend

Son günlər bəzi kütləvi informasiya vasitələrində Şəmkir Balıq Zavodunun özəlləşdirildiyi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

“Yeni Gündəm” xəbər verir ki, bu açıqlama ilə Əmlak Məsələləri Dövlət Xidməti çıxış edib.

Xəbərdə bildirilir ki, Şəmkir Balıq Zavodu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən 2018-ci ildən hərrac qaydasında özəlləşdirməyə çıxarılsa da, dövlətsizləşdirilməsi baş tutmayıb.

Məlumat üçün bildirək ki, Şəmkir rayonu, Dəllər qəsəbəsi və Sarıtəpə kəndinin ərazisində yerləşən Şəmkir Balıq Zavodu 25 may 2021-ci il tarixində keçiriləcək hərraca çıxarılacaq. Müəssisə və hərracda iştirak şərtləri barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytına (https://bit.ly/3e5nW2r) və ya Özəlləşdirmə Portalına (https://bit.ly/3xyYfid) daxil olaraq məlumat əldə etmək olar.

Qeyd edək ki, KİV-də yayılan xəbərlərdə Şəmkir Balıq Zavodunun rayonun sabiq icra başçısı Alimpaşa Məmmədovun oğluna aid olması iddia edilirdi.