Allahşükür Paşazadə dünya azərbaycanlılarına müraciət etdibackend

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar müraciət edib.

İdarədən “Yeni Gündəm”-ə verilən məlumata görə, QMİ sədri dünya azərbaycanlılarına müraciətində bildirib ki, bu il dünya azərbaycanlıları həmrəylik gününü və Yeni təqvim ilini dövlətimizin tarixində möhtəşəm bir ildönümü əhval-ruhiyyəsi ilə qeyd edirlər:

Heydər Əliyev Fondu Bakıdakı katolik kilsədə bərpa işlərini başa çatdırıb

Roma Papası Rusiyaya səfər etməyə hazır olduğunu açıqlayıb.

“Qarabağ Zəfərinin tarixi dəyər və mübarək fəlsəfəsi hər bir azərbaycanlı üçün tarixi ədalətin bərpası yolunda Haqq savaşımızın şərəf və qürur mənbəyidir. Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsində qələbəmizin milli-mənəvi dirçəlişimizin, dövlətçilik qüdrətimizin, Vətən sevgisinin, iman gücünün zirvəsi olaraq xalqımızın qəlbində və yaddaşında önəmi olduqca böyükdür”.

A. Paşazadə deyib ki, Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələri — vəhşicəsinə dağıdılmış şəhər və kəndlərin, mənəvi məkanların tezliklə bərpası ilə bağlı hazırda sürətlə aparılan genişmiqyaslı quruculuq işləri bizi hədsiz sevindirir:

“Bu gün dövlətimiz Azərbaycan xalqının əbədi, əzəli torpaqlara Böyük Qayıdışını təmin etmək, viran edilmiş torpaqlarımıza yeni nəfəs vermək, Qarabağda müasir, yüksək səviyyədə həyat şəraiti təmin etmək istiqamətində fövqəladə zəhmətlər reallaşdırır. Zati-aliləri və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərə ənənəvi olaraq diqqət və qayğı ilə yanaşması bütün dünya üçün nümunədir”.

QMİ sədri qeyd edib ki, Vətən müharibəsində qələbəmiz qlobal əhəmiyyətli, dünya siyasətinin gedişatına təsir qüdrətində olan bir zəfərdir — haqqın, ədalətin şər üzərində qələbəsidir: “Bu, İslam dünyası adına və sülhsevər dünya ictimaiyyəti adına böyük qələbədir. Bu yaxınlarda BMT-nin Ədalət Məhkəməsinin Azərbaycanın haqqını müdafiə etməsi, Ermənistanın bizə qarşı əsassız iddialarını təmin etməməsi də ədalətli mövqeyimizin təsdiqi olan rəmzdir. Monoetnik, işğalçı, qəsbkar Ermənistanın multikultural, bəşəri dəyərlərə sadiq Azərbaycana qarşı iddia qaldırması, heç şübhəsiz ki, riyakarlıqdan başqa bir şey deyil. Dünya azərbaycanlıları cameə olaraq onilliklər ərzində Zəfərimiz üçün nə qədər fədakarlıq və təəssübkeşlik nümayiş etdirmişlərsə, Zəfərimizin nəticələrinin, bundan sonra da həyatın bütün sahələrində, bütün beynəlxalq müstəvilərdə davam etməsi üçün millət olaraq hələ çox səy göstərməli, hələ də məkr və qisasçılıq təzahürlərindən tam xilas olmamış erməni millətçiliyinin əks-hücumlarını, qarayaxma kampaniyalarını dəf etmək istiqamətində bütün qüvvəmizlə mütəşəkkil olmalıyıq. Azərbaycan naminə, millətimizin gələcək qələbələri, Vətənimizin maraqları naminə, daha artıq inkişaf və tərəqqimiz, beynəlxalq miqyasda daha böyük uğurlarımız naminə bütün dünya azərbaycanlılarını həmişə həmrəy olmağa çağırıram”.