Allahşükür Paşazadə: “Qalibiyyət qazanan əsgərlərimiz daim gözümüz nurudur”backend

“Qalibiyyət müjdəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımı, xalqımızın şücaətli oğullarının sayəsində mümkün oldu”.

Bunu bu gün Heydər məscidində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Vəhdət namazından sonra müfti, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Hacı Salman Musayev bildirib.

Hacı Salman deyib ki, torpaqlarımız şəhid qanı bahasına azad olunur: “Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Qalibiyyət qazanan əsgərlərimiz də daim gözümüz nurudur. Onların bəxş etdiyi həmin müqəddəs torpaqları biz qoruyacağıq”.

QMİ sədrinin müavini qeyd edib ki, Qarabağdakı məscidlərə, ziyarətgah və türbələrə bələddir: “Onlar məhv edilib. Prezident İlham Əliyevin də dediyi kimi, o məscidlər, ziyarətgahlar, türbələr bərpa ediləcək. Allahdan arzumuz odur ki, qalibiyyətimiz daimi olsun, dövlətimizin daim inkişaf etsin. Bütün dünyada qalibiyyətimiz öyrənilir. Allah daha böyük müjdələri qismət etsin. Şəhidlərimizə rəhmət diləyirəm”.