Allahşükür Paşazadə və dini konfessiyaların rəhbərləri Ağdamda Şəhidlər Xiyabanını ziyarət ediblərbackend

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərlərinin Ağdama səfəri davam edir.

“Yeni Gündəm”-in məlumatına görə, səfər çərçivəsində QMİ sədri və dini konfessiya rəhbərləri Ağdam şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlər Xiyabanında QMİ sədri və dini konfessiya rəhbərləri Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun, Milli Qəhrəman Əliabbas İsgəndərovun, Xocalı soyqırımı zamanı qətlə yetirilən ailə üzvlərinin və digər  məzarlar ziyarət edilib, onların ruhlarına dualar oxunub.

APA