Alman telekanalı cərimələndibackend

Moskvanın Taqanski Məhkəməsi Rusiyada xarici media agenti kimi tanınan Almaniyanın “Deutsche Welle” (DW) telekanalını “YouTube” video hostinqində yerləşdirilən rusdilli videolarda müvafiq işarələmə olmadığına görə 4000 dollar (400 min rubl) məbləğində cərimələyib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edilib ki, buna səbəb Ukraynada keçirilən xüsusi əməliyyatla bağlı yalan məlumatın dərc edilməsi olub.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi KİV-ə Nəzarət Komissiyasının Almaniyada RT DE-nin yayımına qadağa qoymasına cavab olaraq ölkədə DW peyki və digər yayımların dayandırılacağını açıqlamışdı.

Mənbə: Lenta.Ru

Aynur Camal