Almaniyada bəzi müəssisələr maaşlarını itirmədən həftədə 5 gün əvəzinə 4 gün işləməyi təklif ediblər.
İri şirkətlər bu təklifə rəqabət qabiliyyətini azaldacağını əsas gətirərək qarşı çıxırlar.
Dünyanın dördüncü ən böyük iqtisadiyyatına sahib olan Almaniyada hökumət “Bacarıqlı İmmiqrasiya Qanunu” ilə ölkə daxilində ixtisaslı kadr boşluğunu doldurmağı hədəfləyərkən, bəzi müəssisələr həftəlik iş günlərinin sayının azaldılmasını irəli sürüblər.
Belçika, Şotlandiya, Finlandiya, Şotlandiya, Yeni Zelandiya və Yaponiya kimi Avropa ölkələrində sınaqdan keçirilmiş “5 günlük yerinə 4 günlük iş” metodunun müsbət nəticə verdiyini irəli sürən bəzi şirkətlər bunun Azərbaycanda da tətbiq olunmasını istəyib.
Alman tikinti şirkətinin sahibi Carsten Rutz “az işləyib daha çox iş görmək” prinsipi ilə hərəkət edərək həftəlik iş saatını 40 saatdan 36 saata, iş gününü isə 5 saatdan 4 saata endirməklə daha səmərəli nəticələr əldə etdiklərini bildirib. Rutz, bu tətbiq ilə işçilərin “şirkətlə eyniləşərək daha məhsuldar olduğunu” ifadə edib.
Bəzi həmkarlar ittifaqlarının müdafiə etdiyi 4 günlük iş həftəsi sisteminə qarşı çıxan iri şirkətlər də var. Almaniyanın avtomobil nəhənglərindən olan Mercedes-in şefi Ola Kaellenius, Alman şirkətlərinin 4 günlük iş ilə rəqabət qabiliyyətini tamamilə itirəcəklərinə diqqət çəkib. “Əgər bizim prioritetimiz az işləmək və eyni pulu əldə etməkdirsə, heç bir oyunda qalib gələ bilmərik” Kaellenius deyib.
Mənbə: hurriyyət.tr
Aynur Camal