Almaniya kanslerinin təyyarəsi Rusiyadan yan keçmək üçün Şimal qütbdən uçubbackend

Yaponiyaya səfərini başa vuran kansler Şoltsun təyyarəsi geri Almaniyaya dönərkən Rusiya hava məkanından yan keçmək üçün Şimal qütbündən uçub.

“Yeni Gündəm”  DPA-ya istinadən xəbər verir ki,  kanslerin Airbus A350 “Kurt Şumaxer” təyyarəsi əvvəlcə Alyaskaya,  oradan  Şimal Buzlu Okeanın üzərindən uçaraq Finlandiya hava məkanından  keçərək Almaniyaya çatıb .
Beləliklə, təyyarə  13,5 saat  uçaraq 12,3 min kilometr yol qət edib.

Kansler Çin və Rusiya hava məkanından keçsəydi , uçuş bir saat 20 dəqiqə qısalardı.

Agentliyin yazdığına görə, bu çox riskli uçuşdur.  Şimal qütbü üzərində uçuşlar hətta təcrübəli pilotlar üçün də nadir haldır. Təyyarəni idarə edən kapitan Mixael Veierer deyib ki, bu, çoxhəyəcanverici bir şeydir və bunlar nadir hallarda edilən şeylərdir.
Almaniya kansleri Yaponiyaya uçarkən Avstriya, Macarıstan, Rumıniya, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Cənubi Koreyanın hava məkanından keçib.

Mürtəza