Almaniyada müsəlmanlara qarşı cinayətlər artırbackend

2020-ci ildə Almaniyada müsəlmanlara nifrət zəminində törədilən cinayətlərin sayı 2019-cu illə müqayisədə 2% artıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Osnabrücker Zeitung” qəzeti Almaniya Daxili İşlər Nazirliyinə (DİN) istinadən yazıb. Belə ki, 2020-ci ildə müsəlmanlara və İslam qurumlarına azı 901 hücum edilib. 77 halda məscidlərin ətrafında təxribatlar olub.

Hücumların böyük hissəsini ultrasağçı qruplaşmaların üzvləri törədib, 48 nəfər xəsarət alıb.

2019-cu ildə Almaniyada müsəlmanlara, İslam cəmiyyətlərinə və müsəlman şirkətlərinə 884 hücum edilib.