Almaniyada Ramştayn formatında görüş aprelin 21-də keçiriləcəkbackend

Ramştayn formatının 11-ci iclası aprelin 21-də keçiriləcək.

“Yeni Gundem” xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri Avropada məlumat yayır.

“ABŞ-ın müdafiə naziri Lloyd Ostin 21 aprel 2023-cü il tarixində Almaniyanın Ramşteyn aviabazasında Ukrayna Müdafiə Təmas Qrupunun qapalı iclasına şəxsən rəhbərlik etməyi planlaşdırır”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, görüşdə müdafiə nazirləri və digər yüksək səviyyəli müdafiə rəsmiləri “Ukraynada davam edən böhranı və ABŞ-ın müttəfiqləri və tərəfdaşlarının üzləşdiyi müxtəlif təhlükəsizlik məsələlərini” müzakirə edəcəklər.

Məlumat üçün bildirək ki, indiyədək Ukraynanın müdafiə naziri Oleksii Reznikov 11-ci Ramşteyn görüşündə hava hücumundan müdafiə sistemlərinin Ukrayna nümayəndə heyətinin prioriteti olaraq qalacağını qeyd edib. Ukraynaya zirehli texnika, ağır artilleriya üçün 155 millimetrlik sursat və radioelektron döyüş texnikası verilməsi məsələləri də qaldırılacaq.

Fərahim Rəhimov