Almaniyadan İrandakı vətəndaşlarına: “ÖLKƏNİ TƏRK EDİNbackend
Almaniya hökumətinin İrandakı nümayişlərə görə vətəndaşlarını ölkəni tərk etməyə çağırdığı bildirilir.
“Yeni Gundem” xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi İrana səyahət xəbərdarlığı edib və Almaniya vətəndaşlarından ölkəni tərk etmələrini istəyib.
“Almaniya vətəndaşları üçün əsassız həbs, sorğu-sual və uzunmüddətli həbslə bağlı konkret təhlükə var”, – bəyanatda deyilir.
Ölkədəki vəziyyətin xüsusilə İran vətəndaşlığı ilə yanaşı Almaniya vətəndaşlığı olanlar üçün də təhlükə yaratdığına dair xəbərdarlıq edilən açıqlamada son vaxtlar İranda xarici vətəndaşların özbaşına saxlandığı qeyd edilib.