Almaniyaya neft ixrac ediləcəkbackend

Qazaxıstan 2023-cü ilin sonuna kimi Almaniyaya 890 min ton neft ixrac edəcək.

“Yeni Gundem” xəbər verir ki, Qazaxıstan Milli Neft və Qaz Şirkətindən (KazMunayQaz) verilən məlumata görə, şirkətin Direktorlar Şurasının sədri Maqzum Mirzəqaliyev Almaniyada təmaslar qurub.

İki ölkə arasında xam neftin tədarükü ilə bağlı müqavilənin Almaniya prezidenti Frank Valter Ştaynmayerin iyun ayında Qazaxıstanın paytaxtı Astanada rəsmi səfəri çərçivəsində imzalandığını bildirən M.Mırzağaliyev deyib: “Ümumi məbləğ 2023-cü ildə Almaniyaya tədarük edəcəyimiz neftin ən azı 890 min ton olmasını planlaşdırırıq”.

Mirzəqaliyev bildirib ki, bu ilin ilk 7 ayında Qazaxıstan “Drujba” neft kəməri ilə Almaniyaya 390 min ton neft ixrac edib.

Mənbə: İLKHA

Aynur Camal