Alpaqut Federasiyası Prezident İlham Əliyevə təbrik müraciəti ünvanlayıbbackend
Azərbaycan Alpaqut Federasiya Azərbaycan Respublikasının prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanı cənab İlham Əliyevə qələbə münasibəti ilə təbrik bəyanatı göndərib.

Federasiya prezidenti Qüdrət Nuriyevin imzaladığı bəyanatda deyilir:

Hörmətli Prezident, cənab Ali Baş Komandan!
1988 ci ildən başlayaraq 27 sentyabr 2020 ci il  tarixədək davam edən müstəqil Azərbaycan dövlətinin dünya birliyi tərəfindən tanındığı ərazilərdə separatçı və terror cinayətləri ilə məşğul olan və bu müddət ərzində torpaqlarımızı işğal altında saxlamış düşmənin növbəti təxribatının qarşısını almaq məqsədi ilə əks-hücum əməliyyatları elə ilk gündən uğurla başladı. Cəmi 44 gün müddətində Ali Baş Komandan olduğunuz müzəffər Azərbaycan Ordusu 28 ildən artıq düşmən işğalında qalan ərazilərimizin böyük bir hissəsi döyüş əməliyyatları nəticəsində azad edildi. Sizin qətiyyətinizi və Silahlı Qüvvələrimizin qəhrəmanlığını görən düşmən yerdə qalan ərazilərimizin də boşaldılması üçün öhdəlik götürdü və acizcəsinə Sizdən möhlət alaraq təslim oldular. Bu Azərbaycan xalqının qələbəsidir. Bu əsası Ümümmilli Lider Heydər Əliyev tərəfindən qoyulan və gələcəyə hesablanan və Sizin qətiyyətlə davam etdirdiyiniz uzun illik siyasətin qələbəsidir.
Hələ döyüş əməliyyatları başlamadan öncə Azərbaycan Alpaqut Federasiyasının bütün kollektivi könüllü olaraq qeydiyyatdan keçmişdi. Döyüş əməliyyatları başlayan gün Sizin xalqa ilk müraciətinizdən dərhal sonra Azərbaycan Alpaqut Federasiyasının məşqçi və idmançılarından 38 nəfər könüllü olaraq Vətən savaşına yollandı. Bunlardan 5 nəfər şəhid olmuş, 2 nəfər isə yaralanmışdır. Bizim vətənpərvər idmançılarımız bu savaşı çoxdan gözləyirdi və hər zaman Sizin əmrinizə hazır idilər. Döyüşdə iştirak etməyən Federasiya rəsmiləri və məşqçi heyyəti isə daim cəbhə bölgələrinə səfərlər edərək əsgərlərimizə sovqat aparmış və eyni zamanda Silahlı Qüvvələrə yardım Fonduna maddi dəstəyini nümayiş etdirmişdir. Baxmayaraq ki, Ordumuzun maddi dəstəyə ehtiyacı yoxdu, ancaq istədik ki, böyük qələbəmizdə Federasiya olaraq bizin də dəstəyimiz olsun. Alpaqut Federasiyası olaraq fəaliyyətə başladığımız gündən bəri Şuşanın Cıdır düzündə Alpaqut Türk savaş sənəti üzrə möhtəşəm yarış keçirtmək arzusunda olmuşuq. Artıq bu müqəddəs istəyimiz reallaşıb. Siz və rəhbərliyiniz altında olan Azərbaycan ordusu bunun üçün bizə real şərait yaratdı. Cıdır düzündə arzusunda olduğumuz yarışı keçirməyimizə çox qalmayıb. Tezliklə Cıdır düzündə Azərbaycan Alplarının cəng sədaları eşidiləcək. Bundan başqa, Federasiyamızın Şuşa, Kəlbəcər, Zəngilan, Ağdam, Laçın, Cəbrayıl Filiallarımız köçkün şəraitində deyil, öz doğma torpaqlarında Alpaqut döyüş sənətinin inkişafı ilə məşğul olmaq üçün filiallar yaradılacaq. Bütün bunlara görə bizlər Sizə və müzəffər Ordumuza borcluyuq.
Sizin rəhbərliyinizlə əldə etdiyimiz qələbə heç də təsadüfi qələbə deyil və bu asan başa gəlməyib. Sizin uzun illik məqsədyönlü siyasətiniz sayəsində ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsi və paralel olaraq Ordumuzun maddi-texniki bazasının ildən-ilə möhkəmlənməsinin əməli nəticəsi idi bu qələbəmiz.
Uzun illər həsrətində olduğumuz qələbə sevincini bizlərə nəsib etdiyiniz üçün, şəhidlərimizin qanını yerdə qoymadığınız üçün Azərbaycan Alpaqut Federasiyasının İdarə Heyəti, idmançıları, məşqçi və hakimlər korpusu adından dərin təşəkkürümüzü və böyük qələbə münasibəti ilə təbriklərimizi qəbul etməyinizi  Sizdən xahiş edirik.
Tanrı Sizi və Ordumuzu qorusun!
Qarabağ Azərbaycandır!

 

Dərin hörmətlə, Azərbaycan Alpaqut Federasiyasının prezidenti 
Qüdrət Nuriyev
Bakı şəhəri 18 noyabr 2020-ci il.