AMEA-dan Ramiz Mehdiyevin koronavirusa yoluxması ilə bağlı AÇIQLAMAbackend

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin guya koronavirusa yoluxması ilə bağlı bəzi KİV-lərdə məlumatlar yayılıb.

“Yeni Gündəm”-in xəbərinə görə, məsələ ilə bağlı AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi bildirilib ki, yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks ertdirmir.

“AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində heç bir problem yoxdur və o, iş başındadır”, – məlumatda qeyd edilib.