AMEA Neft və Qaz İnstitutunun “Neft və qaz geologiyası, geokimyası, geofizikası və geoekologiyası” elmi seksiyasıbackend

27 may 2020-ci il tarixində AMEA Neft və Qaz İnstitutunun “Neft və qaz geologiyası, geokimyası, geofizikası və geoekologiyası” elmi seksiyasının distant (online) iclası olmuşdur.

“Yeni Gündəm” in məlumatına görə, iclasda “Geokimya”, “Neft – qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları”, “Neft – qaz hövzələrinin geologiyası”, “Dəniz neft-qaz geofizikası” ixtisaslaşmaları üzrə İnstitutda təhsil alan II kurs magistrantlar tərəfindən yerinə yetirilmiş dissertasiya işlərinin ilkin müzakirəsi keçirilmişdir. Elmi seksiyada iştirak edən magistrantlar və onların müdafiə etdiyi dissertasiya işləri:
1. Səmədli Pünhan Malik oğlunun g.m.e.d., dos. Mayıs Babayevin rəhbərliyi ilə “Bakı arxipelaqının şimal hissəsinin palçıq vulkanlarının püskürmə məhsullarının geokimyəvi xüsusiyyətləri”;

2. Rəcəbli Cəvahir Bəxtiyar qızının g.m.e.d. Namaz Yusubovun rəhbərliyi ilə “Seysmik dalğa atributlarının interpretasiyası əsasında geoloji kəsilişin proqnozlaşdırılması”;

3. Əlizadə Gülnarə Mərifət qızının g.m.e.d. Namaz Yusubov rəhbərliyi ilə “Neft-qaz yataqlarının əmələ gəlməsində palçıq vulkanlarının rolu”;

4. Quluyeva Nurlana İsax qızının g.m.e.d., prof. Vaqif Qurbanovun rəhbərliyi ilə “Xızı sahəsində mezozoy hövzəsinin neft-qaz perspektivliyi”.