“ABŞ ordusu ləngdir və fiziki cəhətdən zəifdir. ABŞ bir sıra ölkələrlə müharibəyə hazırlaşır, lakin onun əsgərləri fiziki formasını itirib və döyüşə hazır deyillər” – bu fikri Redacted podkastının aparıcıları Kleyton və Natali Morris bildiriblər.
Onlar qeyd ediblər ki, amerikalı gənclərin yarıdan çoxu artıq çəki, narkomaniya, cinayət törətməsi və təhsilin olmaması səbəbindən orduya yararsızdır. Eyni zamanda, aparıcıların fikrincə, ABŞ hakimiyyəti Yaxın Şərqdə münaqişəyə girmək niyyətindədir, həmçinin Rusiya və Çinlə qarşıdurma yaratmağa çalışır.
Xatırladaq ki, bundan əvvəl ABŞ Konqresi yanında komissiya öz hesabatında Ağ Evi ölkənin müdafiə qabiliyyətini gücləndirməyə və Rusiya və Çinlə mümkün eyni vaxtda müharibəyə hazırlaşmağa çağırmışdı. Sənəd müəlliflərinin fikrincə, son illər hər iki ölkənin davranışı narahatlıq doğurub.
Mənbə: Lenta.Ru
Aynur Camal