Amerikalı kəşfiyyatçının Milli Şuradakı dostubackend
Bu o Rahim Hacıyevdir ki, BDU-nun yataqxanasında Qənimət Zahidlə otaq yoldaşı, həm də dost olub. Eyni zamanda Rahim Hacıyevi ən yaxşı tanıyan adamlardan biridir Qənimət Zahid. Hələ uzun illər qohumu və lideri Əli Kərimlinin xəbər adamı deyirdilər ona Xəqani 33-də. Təbii bunları mən bilirəmsə Qənimət Zahid daha çoxunu bilir. Və əlbət məhz tanıdığı üçün yarızarafat, yarıciddi replikalar edirdi məhz Rahim Hacıyevlə bağlı. “Sən az-az görünürsən”, “sənin funksiyan nədən ibarətdir mən bilmirəm”, “sənin işin inboxsda kimə nə yazmaqdan ibarət deyil” və sair… Vəziyyəti Gültəkin Hacıbəylinin “Rahim bəy saçı az olmasından dolayı az görünür” bir az xilas elədi.
Ancaq deyim biləsiniz. Kimdir Rahim Hacıyev və Qənimət Zahidin replikasının mahiyyətində nə durur:
“Rahim Hacıyev Milli Şuranın ən müəmmalı simalarındandır. Məsələn, “Ərəb baharı” proyektinin müəlliflərindən Qrehem Fullerlə dəfələrlər görüşən az sayda adamlardandır. Bəzi mənbələrin məlumatına görə hətta dostluq münasibətləri var. Hətta zamanında Qrehem Fulleri Əli Kərimlinin evinə aparan adam məhz Rahim Hacıyevdir.
Kimdir Qrehem Fuller? O, 1982-ci ildə ABŞ MKİ-nin Yaxın Şərq və Cənubi Asiya üzrə məsul şəxsidir. Türkiyə onun daimi və əsas nəzarət zonalarından biri olub. 1986-cı ildə Donald Ramsfeldin rəhbərliyi altında Q. Fuller MKİ-in Milli Kəşfiyyat Şurasının sədr müavini kimi çalışıb. 1988-ci ildə Əfqanıstanda müharibə sona yaxınlaşdığı üçün Q. Fuller rəsmi olaraq “RAND Washington” beyin mərkəzində kəşfiyyatdan istefa verib. Ancaq Pentaqon və MKİ-in bu bölgədəki fəaliyətinin hər zaman mərkəzində olub. Yeri gəlmişkən, o, Fətullah Gülənlə də sıx bağlı adam idi. Bəzi mənbələrin məlumatına görə Fətullah Gülənin ABŞ vətəndaşlığı almasında müstəsna xidmətləri var. G.Fuller Amerikanın Türkiyə və Azərbaycan planlarının içində olan simalardandır. Məhz bu səbəbdən o, Türkiyəyə paralel, Azərbaycana da səfərlər edib, müxalifət düşərgəsi ilə sıx işbirliyi olub. Keçirilən görüşlərdə Azərbaycan dövlətinə təsir formaları dəfələrlə müzakirə predmeti olub.
Təbii, Qənimət Zahid də bu keçmişi bilməmiş deyil. Və yaxşı anlayır ki, Rahim Hacıyev Milli Şura üzvlərindən olsa da, sona qədər güvəniləcək biri deyil.
Bu dolayısı ilə həm də onu göstərir ki, bir yerdə oturmağa məcbur olan şura üzvlərini arasında əslində ciddi etimadsızlıq var. Qarşıdakı müddətdə bu etimadsızlığın özünü daha ciddi formada göstərəcəyi də istisna edilmir.
Jalə Mütəllimova