Amerikalı müğənni səhnə şousu üçün 7 milyon dollar xərclədi – Videobackend

“Super Bowl” Amerika futbol çempionatı fevralın 8-də Floridada baş tutub.

“Yeni Gündəm” xəbər verir ki, 55-ci dəfə təşkil olunan gecədə dünyaca məşhur müğənni The Weeknd səhnəyə çıxıb.

2020-ci ildə çıxan “After hours” adlı albomu ilə böyük uğurlar qazanan, lakin “Grammy Awards”da yer tapa bilməyən The Weeknd şou boyu “Starboy”, “Can’t feel my face”, “I feel it coming” və “Blinding lights” mahnılarını səsləndirib.

“Raymond James” stadionunda çıxış edən ifaçı şou üçün şəxsi büdcəsindən 7 milyon dollar xərcləyib.

Neon lövhələrə bükülmüş səhnə dekorasiyası “Sin city” filmini xatırladıb. The Weeknd rəqqasları onu albomun mövzusuna uyğun olaraq sarğılı və qırmızı gödəkçələrdə müşayiət edib. Özünün “Givenchy” brendinə məxsus geyiminin hazırlanması isə 250 saat çəkib.

Pandemiyaya uyğun olaraq keçirilən 12 dəqiqəlik “Super Bowl”da peyvənd olunmuş 25 min tamaşaçı iştirak edib. Onlardan 7500 nəfəri səhiyyə işçisidir.

image-ffd

image-the-weeknd-performs-at-the-2021-superbowl-half-time-show-credit-cbs
the weeknd performs at the 2021 superbowl half time show
credit CBS

image-f