Amerikanın MMA döyüşçüsü evində qətlə yetirildibackend
Amerikanın MMA döyüşçüsü 30 yaşlı İsaya Çapman Ohayadakı öz evində öldürülüb. 
 
“Yeni Gündəm” xəbər verir ki, qətl Akronda törədilib. Polis bir neçə güllə yarası alan idmançıya hələ sağ ikən yetişib. Ancaq xəstəxanaya yerləşdirilsə də, həkimlər ona kömək edə bilməyib. Eyni zamanda, polis iddia edilən qatilin hələ də azadlıqda olduğunu vurğulayır.
Çapmanın son döyüşü 2019-cu ilin oktyabrında Bellator 232 turnirində baş tutub.