“Amma belə söz-söhbətlər var idi ki, Rusiya dəhlizi istəyir .”-Ermənistanın keçmiş baş naziribackend

Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan oktyabrın 31-də Soçidə keçirilmiş üçtərəfli görüşün nəticələri haqqında danışıb.

“Yeni Gundem” Ermənistan mətbuatına istinadən xəbər verir ki, sabiq baş nazir sözlərini belə ifadə edib:

“Bir çox dəyişikliklər var. Heç nə almadıq, amma çoxlu qaranlıq ləkələr aşkarlandı. Soçidən əvvəl elə bir vəziyyət yaranmışdı ki, ruslar Qarabağı qorumaq istəmir və dəhlizdən əsas faydalananlar ruslardır. Həmin məqaləni Nikol Paşinyan yazıb və öz qəzetində dərc edib. Daha sonra Soçi görüşündən əvvəl məqalə dərc olundu ki, Dağlıq Qarabağın bütövlükdə yox olmasına səbəb olan həllin Amerika variantına keçmək lazımdır. Yəni Dağlıq Qarabağın bir nümayəndəsi var, Azərbaycanın bir nümayəndəsi var və onlar Qarabağda nə etmək lazım olduğunu müzakirə edir, birlikdə qərar verirlər.

Üstəlik, Qarabağın hansı subyektivliyə, hansı statusa malik olması qeyd olunmur. Nə ABŞ, nə də Fransa rəsmi olaraq dəhliz haqqında heç nə yazmayıb, onu boşluqda qoyub. Sadəcə, məlumdur ki, ABŞ tərəfindən məqalə dərc olunub ki, prinsipcə dəhlizdən ən böyük faydalanan ABŞ olmalıdır və İranın Gürcüstandan keçərək şimala gedən yolunu kəssin. Və Ermənistan vasitəsilə bu məsələni həll etməyə çalışırlar. Bu şərtlər daxilində Soçi görüşü baş tutdu və orada bəyanat imzalandı. Yenə də ölkəmizin başçısı Nikol Paşinyan təfərrüatları açıqlamayıb.

Amma belə söz-söhbətlər var idi ki, Rusiya dəhlizi istəyir. Çoxları, o cümlədən mən Moskvada Rusiya hökumətində çalışan məmurlarla əlaqə saxlayıb, burada yayılan şayiələrin doğru olub-olmadığını öyrəndim. Təəccüblə cavab verdilər ki, gedin bütün bunları sizin Nikol Paşinyandan soruşun. Verdisə, özü verdi. Sonra Soçi danışıqları oldu, ondan sonra Azərbaycan və Türkiyə dəhlizin adını çəkmədi. Yəni Rusiyanın dəhlizdən benefisiar olması inkar edilir.”

Fərahim RƏHİMOV

Yenigundem.az