“Amnesty İnternational”ın baş məsləhətçisi ermənilərin Azərbaycana qarşı vəhşiliyi ilə bağlı paylaşım etdibackend

“Dağlıq Qarabağın Kəlbəcər bölgəsində evlər boşaldıldı. 27 illik işğal dövründə bütün evlər – 1993-cü ildə didərgin düşən azərbaycanlıların evlərində elə daşınıb aparıldı ki, nə bir qapı, nə bir pəncərə, nə bir dam örtüyü qalmadı”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu “Amnesty İnternational” təşkilatının beynəlxalq böhran üzrə baş məsləhətçisi Donatella Rovera “Twitter” hesabında yazıb.

O, “Twitter” hesabında Ermənistanın Gəncəyə raket atması nəticəsində yaşanan faciə ilə bağlı da paylaşım edib.

D. Rovera paylaşımında yazır: ““O mənim yeganə övladım, gözümün işığı, bütün varlığım idi”, – Nigarın anası mənə dedi. Nigar 15-ci doğum günü ərəfəsində – qohumları və qonşuları, o cümlədən bir neçə uşaqla birlikdə oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə bölgəsinə endirilən ballistik raket zərbəsi nəticəsində öldürüldü”.

D. Roveranın növbəti paylaşımı da Gəncə ilə bağlıdır: “Anar, Nurçin və 8 qonşusu  oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin endirdiyi növbəti ballistik raket zərbəsi nəticəsində evlərində yatarkən öldürüldü. “Anar və Nurçinin indi yetim qalan iki uşağı var”, – deyə Anarın atası kədərini güclə boğaraq oğlunun uçub-dağıdılmış evində dedi”.