Amnistiya Aktı istintaq mərhələsində olan işlərə də şamil ediləcəkbackend

“Zəfər Günü münasibəti ilə imzalanan Amnistiya Aktının fərqi ondan ibarətdir ki, qanuni qüvvəyə minməmiş hökmlərə və istintaq mərhələsində olan işlərə aid ediləcək”.

“Yeni Gündəm”in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini Elçin Nəsibov 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən “dəyirmi masa”da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Amnistiya Aktının icrası 4 ay müddətində icraçı orqanlar tərəfindən başa çatdırılacaq: “Amnistiya Aktına əsasən, bu qərar ilk dəfə ağır cinayət törədilməsinə görə 6 aya qədər cəzası qalan şəxslərə də şamil olunacaq”.