Amsterdamda təyyarənin şassisində qanunsuz miqrant aşkar edilibbackend

Niderlandın paytaxtı Amsterdamın Shipol hava limanına enən yük təyyarəsinin ön şassisində bir nəfər qanunsuz miqrant aşkar edilib.

Bu barədə ölkənin Kral Hərbi Polisi məlumat yayıb.

Təyyarənin Cənubi Afrikadan gəldiyi bildirilib.

Qeyd olunub ki, hazırda kişinin vəziyyəti yaxşıdır. O, xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma başlanıb.