“Anadolu Qartalı – 2022” təlimi başladıbackend

Türkiyənin Konya şəhərində “Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təlimi başlayıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Təlimlərə Türkiyə Hava və Dəniz Qüvvələri ilə yanaşı, Azərbaycan, İngiltərə, İordaniya, Pakistan və NATO hərbçiləri də qatılıb.