“Anam artıq mənimçün yoxdur” – Valideynindən üz döndərən aktrisa / VİDEObackend

Aktrisa Sonaxanım Əliyeva anasından imtina edib.

“Yeni Gündəm” xəbər verir ki, aktrisa bu haqda “7 canlı” verilişində danışıb. Sonaxanım valideynindən çox pisliklər gördüyünü və ömrünün sonuna kimi onu bağışlamayacağını bildirib:

“Anamla küsülü deyiləm. Nankor övlad da olmamışam. Amma o insan artıq mənim üçün yoxdur. Övlad anasına nankorluq etsə, bu, qəbul edilə bilər. Amma ana bunu etsə, bu, bağışlanmazdır.

Əgər ana övladını dünyaya gətirib, ona əzab-əziyyət verib, nifrət dolu addım atırsa, bu, heç vaxt bağışlanmaz. Mən analı yetiməm. Sadəcə illər keçdikcə hər şeyi uddum.”baku.ws