Anar Bayramov: “Əlilliyin elektron qiymətləndirilməsində səhvlərə yol verilir”backend

“Əlilliyin elektron qiymətləndirilməsində müəyyən səhvlərə yol verilir”.

Bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.

Anar Bayramov bildirib ki, elektron təyinat hallarında səhvlər də olur: “Çünki xəstəni görmədən qoyulan diaqnozda müəyyən səhvlərə yol verilə bilər. Bu problemi aradan qaldırmaq üçün əyani qiymətləndirmə meyarı gündəmə gəldi. Artıq qiymətləndirmə nəticəsi ilə razı olmayan vətəndaşlar təkrar müayinədən keçirilir. Hər gün 204 şəxsə əlillik təyinatı aparılır”.