Anar Hüseynovun nəşi Bakıya gətirildibackend

Rusiyada vəfat edən rejissor Anar Hüseynovun nəşi bu gün Bakıya gətirilib.

Bu haqda onun qardaşı Vüqar Hüseynov Axşam.az-a açıqlamasında deyib. O bildirib ki, mərhumun nəşi hazırda doğulduğu Şəkiyə aparılır.

“Günorta saatlarında Anar Şəkidə dəfn olunacaq” deyə, o, əlavə edib.

Qeyd edək ki, Anar şəkər xəstəliyindən əziyyət çəkirdi. Qardaşı ölümün səbəbinin şəkər olduğunu deyib. O, komaya düşüb və həyatını xilas etmək mümkün olmayıb. Mərhum son illər Moskvada yaşayırdı.