Anar Məmmədov Goranboy rayonunda şəhid ailələri ilə görüşüb – FOTObackend

Goranboy rayonu Goranlı kəndində Milli Məclisin deputatı Anar Məmmədov növbəti dəfə şəhid ailələri ilə görüş keçirib. Görüşdə rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri iştirak edib.

“Yeni Gündəm”in məlumatına görə, Goranlı kənd şəhidi İftixar Əliyevin evində keçirilən görüşdə çıxış edən Anar Məmmədov Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının, qazilərin sosial müdafiəsinin ölkə başçısının həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırmışdır.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canını qurban verən vətəndaşlarımızın ailə üzvlərinin yaşayış şəraitinin yaxşılaşdırılması daim dövlətin nəzarəti altındadır.
Şəhidlərin ailə üzvləri də çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmiş, bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini səsləndirmişlər.
Onu da qeyd edək ki, şəhid İftixar Əliyevin atası İlqar Əliyevin Birinci Qarabağ müharibəsinin qazisi, qardaşı isə İkinci Qarabağ müharibəsinin qazisidir.