Anar Məmmədov Qazaxıstanın hakim partiyasının gəncləri ilə görüşdü – FOTObackend

Milli Məclisin YAP-çı deputatı Anar Məmmədov Qazaxıstan Respublikasının hakim partiyası AMANAT-ın gəncmillət vəkilləri ilə görüş keçirib.

“Yeni Gündəm” xəbər verir ki, panel formasında keçirilən görüşdə Qazaxıstan Respublikasının hakim partiyası AMANAT-ın gənc millət vəkilləri ilə yanaşı, TÜRKPA üzv ölkələrinin gənc parlamentariləri iştirak etmişdir.

Görüş zamanı hakim AMANAT partiyasının  gənc millət vəkilləri,Azərbaycan Respublikasının millət vəkilləri, həmçininTürkiyə Cümhuriyyəti millət vəkili, Özbəkistan Respublikasının millət vəkili də çıxış etmiş, ölkələrimiz arasında mədəni, iqtisadi inkişafın sürətlənməsinə dair fikir mübadiləsi aparılmış, gənc millət vəkillərinin bu prosesdə rolundan danışılmışdır.