Anar Məmmədov seçiciləri ilə onlayn görüş keçirəcəkbackend

96 saylı Goranboy-Naftalan Seçki Dairəsinin deputatı Anar Məmmədov seçiciləri ilə telefon bağlantısı yaradacaq.

Bu barədə Millət vəkili şəxsi «Facebook» səhifəsində paylaşıb.

«Əziz seçicilər!

Bu həftənin bazar günü yenidən sizlərin müraciətini dinləyib, sizləri narahat edən məsələləri həll etməyə çalışacam.

Qəbulda iştirak etmək istəyənlər mənim şəxsi mesaj bölümümə şəxsiyyət vəsiqəsi və əlaqə nömrəsini qeyd etməklə qeydiyyatdan keçə bilərlər.

Daha sonra qəbul üçün sizinlə əlaqə saxlanılacaq.