Ançelottinin evi qarət olundubackend

“Everton”un baş məşqçisi Karlo Ançelottinin evi qarət olunub.

“Yeni Gündəm” “Football İtalia”ya istinadən xəbər verir ki, cinayətkarlar italiyalı mütəxəssisin evində seyf oğurlayıblar. Onları mənzildən 61 yaşlı çalışdırıcının qızı qorxudaraq qaçırıb. Hadisə zamanı ev sahibləri xəsarət almayıblar. Ançelotti isə evdə olmayıb.

Qeyd edək ki, Ançelotti 2019-cu ildən Premyer Liqa təmsilçisini çalışdırır.