Android-in ən populyar versiyası adlandırıldıbackend

Köhnə versiya Android 11 hələ də ən sərfəli model kimi birinciliyi qorumaqdadır.

“Yeni Gundem” xəbər verir ki, android Authority yazır ki, onu müasir adlandıra bilməsəniz də, dünyanın müxtəlif ölkələrindəki smartfonların əksəriyyəti bunun üzərində işləyir.

Android 11 8 sentyabr 2020-ci ildə buraxılıb. Bildirilib ki, bütün telefonlar onun əsasında yaradılıb. Məsələn  Android 12 və Android 13.

Məlumat üçün qeyd edilib ki, Android 11-hazırda dünya üzrə GMS-i dəstəkləyən Android cihazlarının 23,1%-də quraşdırılıb. Android 12 qadcetlərin 16,3 faizində, Android 13  isə 15 faizində quraşdırılıb.

Maraqlı fakt budur ki, siyahının sonuncu sətirini tutan Android 4.4 Kitkat on il əvvəl buraxılıb. Bununla belə, o, hələ də Android cihazlarının 0,5%-də mövcuddur. Dünyada təxminən 3 milyard Android gadgetının olduğunu xatırlayırsınızsa, bu, bizə hələ də Google-dan ƏS-nin ən köhnə versiyasını işlədən 15 milyon cihaz verir.

Mənbə: mail.ru

Aynur Camal