Anesteziyasız əməliyyatlar və amputasiyalar etməli oldularbackend

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzzada bəzi həkimlərin amputasiya da daxil olmaqla əməliyyatları narkozsuz icra etməli olduqlarını açıqlayıb.

Tibbi yardıma qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağıran Ümumdünya Səhiyyə Təşkilatı, 160-dan çox tibb işçisinin “yaralılara və xəstələrə qulluq edərkən vəzifə başında öldüyünü” söyləyib.

ÜST-dən Christian Lindmeier mətbuat konfransında “Bunlar sağlamlıq sistemini fədakarlıqla davam etdirən, müəyyən bir xidmət səviyyəsini qorumaq üçün bir yol tapmağa çalışan insanlardır” deyib.

İsrail bir aydır ki, mülki insanları hədəfə alır

İsrailin Qəzzaya hücumlarından bir ay ötür. Oktyabrın 7-dən bəri öldürülən fələstinlilərin sayı 10 mini keçib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın Qəzzadakı hadisələri xəbər verdiyi xəbərə görə, İsrail təyyarələri Rəfah şəhərindəki Şabbura Qaçqınlar Düşərgəsində əl-Həmayde ailəsinin evini hədəfə alıb, biri qadın olmaqla 5 nəfər həlak olub.

İsrailin Qəzza zolağının şimalında bir binanı hədəf alması nəticəsində bir nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Xatırladaq ki, İsrail aviasiyası və artilleriya bölmələri Qəzza zolağının Tel əl-Heva bölgəsindəki Qüds xəstəxanasının ətrafını, Şati və əl-Maqazi qaçqın düşərgələrini, Zeytun bölgəsini və Beyt Hanun bölgəsində bir çox yeri bombalayıb. Bombardman nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilib.

Mənbə: TrtHaber

Aynur Camal