Anım günü qıpqırmızı geyimdə şəhidlər xiyabanına gələn Abşeron səhiyyəsinin şefidir?-Araşdırma-Fotolarbackend

Bu gün yer,göy qan ağlayır. Bir yandan sevinirik, bir yandanda kədərlənirik.

Sevinirik ona görə ki, Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Lakin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Kədərlənirik ona görə ki,

düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan edilmişdir.

Azərbaycan xalqı Vətən müharibəsində həmçinin informasiya savaşında birlik nümayiş etdirdi.

Elə bu gündə, o birlik öz əksini tapdı.

Amma sosial şəbəkələrdə ki, paylaşımlardan biri diqqətimizi daha çox çəkdi. Çəkdi ona görə ki, Jurnalist Sima Babayeva adlı şəxs şəhidlər anım günü ilə bağlı insanı dəhşətə gətirəcək fotolar paylaşıb.O paylaşımında bir nəfər xanımın baş-ayaq qırmızı geyinib anım tədbirinə qatıldığını fotolarda ki, xanımın Abşeron Mərkəzi xəstəxanasının Baş həkimi Mehriban Qaralovanın olduğunu iddia edir.O hətta paylaşımında Abşeronun icra başçısı İradə Gülməmmədovanıda qınayır

Həmin paylaşımı sizlərə təqdim edirik.

Sözügedən paylaşım sosial şəbəkələrdə bir mənalı qarşılanmayıb.

Bu paylaşım xanım baş həkimi qınaq hədəfinə çevirib.

Əgər doğurdan da anım günündə ki, qırmızı paltar xanım Abşeronun səhiyyə şefidirsə, bu geyim heç xoşa gələn deyil.Özüdə Anım günü, şəhidlər xiyabanında!?

Biz hər zaman görmüşük ki, qırmızı paltarı toya, bayrama geyinərlər.

Qırmızı geyimli xanımın kimliyini, daha dəqiq öyrənib sizlərə ətraflı məlumat verəcəyik.

Onuda qeyd edək ki, Abşeron rayon icra başçısı İradə Gülməmmədovanın ən yaxın rəfiqələrindən olan Mehriban Qaralova sabiq baş prokuror Zakir Qaralovun bacısıdır.

Qarşı tərəfi dinləyib mövqeyin dərc etməyə hazırıq.

Xeberal.az