Anım Günündə Suraxanıda şəhid ailəsinin hasarını dağıtdılar ..- Əziz Əzizov, 1.5 sot torpaq sahəsi sənin üçün bu qədər “qiymət”lidir ?backend

Şəhidin 2 övladını təkbaşına böyüdüb boya-başa çatdıran ana  özü də qəhrəmandır…

Məlumdur  ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq  sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Bu gün şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə – məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur.
Eyni zamanda mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edir, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçirilir. Eyni zamanda  bu müqəddəs günə görə, ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik  SÜKUTla yad edilir.
Çox təəssüf ki, bu müqəddəs gündə, hamı şəhidlərimizin xatirəsini SÜKUT-la qeyd etdiyi zamanda Suraxanıda insanlığa yaraşmayan  bir olay baş verib. Yəni Suraxanı icra hakimiyyətinin işçiləri SÜKUT-u pozublar.
Sözün düzü, bu hadisə dünən, yaxud 2 gün sonra baş versəydi, bəlkə də baş verənlərə biraz sakit yanaşmaq olardı.
Ancaq ANIM GÜNÜ  şəhidin daxmasını dağıtmaq insanlığa yaraşan hal deyil.
Bəli, şəhidin xanımı təqdim edəcəyimiz videoda deyir ki, həyat yoldaşım 1993-cü ildə ağır döyüşlərdə iştirak edib və müharibənin səhhətində yaratdığı probelmlər səbəbindən dünyasını dəyişib. Bəli, Ulu Öndərin göstərişi ilə şəhidə  2 otaqlı ev verilib. Ancaq şəhidin xanımı deyir ki, xəstəlik dövründə, yoldaşının çəkdiyi əzablar onda çox dərin izlər, sarsıntılar qoyub. Ona görə də şəhid xanımı icra hakimiyyətindən Hövsan qəsəbəsində 1.5 sot torpaq alaraq nəsə əkib- becərərək öz mənəvi ağrılarını, əsəblərini sakitləşdirirmiş. Hətta bu torpağın alınmasına görə pul da veribmiş.
Yəni şəhid xanımı bu balaca bağdan qazanc götürmək məqsədilə deyil, təsəlli tapmaq üçün istifadə edirmiş. Bu uzun illər ərzində şəhidin xanımı bütün çətinliklərə kişi kimi sinə gərərək  şəhidin yadigarları olan 2 övladını böyüdüb boya-başa çatdırıb.
Şəhidin xanımı deyir ki, həmin balaca torpaq sahəsində ağac əkib becərmək üçün dəfələrlə Suraxanınn icra başçısı Əziz Əzizovun qəbulunda olmaq istədim. Ancaq icra başçısı pandemiya səbəbindən onu qəbul etməyib.
Yəni  icra başçısı 1 dəqiqə vaxt tapıb şəhid ailəsini qəbul etmir ki, görsün dərdi-səri nədir.
Ən dəhşətlisi odur ki, bu gün – Müqəddəs Anım Günündə- Suraxanı icra hakimiyyətinin işçiləri gəlib həmin kiçik bağ sahəsinin hasarını dağıdıblar, bağda nə varsa hamısını uçurdublar.
Görəsən bu çirkin əməli törədənlər heç bu müqəddəs gündən utanıb, abır-həya etmədilər ?
Görəsən, şəhidin ailəsini qəbul etməyə vaxt tapmayan icra başçısı Əziz  Əzizov  bu əməli törədən qoçularını bir yerə toplaya bilmir ?
Görəsən bu şərəfli, eyni zamanda  kədərli gündə Əziz Əzizov özü harada olub ?
Cənab Əziz Əzizov ! Qadın ya kişi olmasından asılı olmayaraq ailə başçısını itirməyin nə olduğunu bilənlər bilir və o həyatı sən də yaşamısan. Sənin həyat yoldaşın dünyasını dəyişən kimi getdin dostun,ən yaxın sirdaşın, deyilənə gorə kirvən Kamilin qızını aldın. Heç Şövqidən, Fərruxdan, Ruslandan və digər qohumlardan utanmadın. Axı, şəhid ailəsi sənin atdığın addımı ata bilmir. Şəhid ailəsinin adını uca tutur. Niyə bu insanları belə çətinliklərə vadar edirsiniz?
İcra başçılarından biri  şəhidin ailəsinə demişdi ki, gəl səni ərə verim, sənin də canın qurtarsın, mənim də.
Bax, bəzi icra başçıları bu mənəviyyatsızlığın sahibidir.
Kimlər üçünsə, ailə üzvünü itirmək, bəlkə də çox da ağır deyil və yeni icdivac deməkdir.
Amma şəhidin xanımı min çətinliklə olsa da təkbaşına 2 övlad böyüdüb, boya-başa çatdırıb. Bu özü də bir qəhrəmanlıqdır. Belə bir qadını, ananı qəbul etmək, problemlərini həll etmək əvəzinə, onun hasarını uçurtmaq, bilirsən nə deməkdir, cənab Əzizov ?
Cənab Əzizov, 1.5 sot torpaq sənin üçün bu qədər qiymətlidir ?
Olmasın 10 min manatın. Sonra.
Yaxşı, Əziziov, özün barədə nə fikirdəsən, özün bilərsən.
Bəs ölkə başçısının nümayəndəsi olaraq, cənab Prezidentin gördüyü möhtəşəm işlərə  niyə kölgə salırsan ?
Bütün bunların bədəlini gec-tez ödəyəcəksən, Əzizov.Gundelik-baku.com