“Ankara Zirvəsinin önəmli məqamlarından biri də ilk dəfə Şimali Kıprıs Türk Dövlətinin də müşahidəçi kimi iştirak etməsi idi” – Deputatbackend

Mətbuatdan da xəbər verildiyi kimi dünən Ankara şəhərində Türk Dövlətləri Təşkilatının növbədənkənar, daha doğrusi fövqaladə Zirvə görüşü keçirildi.Zirvə toplantısı cənab İlham Əliyevin bilavasitə təşəbbüsü ilə həyata keçirilir.Belə ki, bu il TDT-nin növbəti Zirvə sammiti Şuşada keçirilməli idi. Lakin Möhtərəm Prezidentimiz cari ilin fevralın 6-da qardaş Türkiyədə baş verən ağır zəlzələyə görə, qardaş ölkəyə dəstək məqsədilə TDT-nın fövqaladə Zirvə sammitinin keçirilməsi təklifi ilə üzv ölkələrə müraciət etdi və sözsüz ki, təklif yekdilliklə qəbul olunmuşdu.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Millət vəkili Məlahət İbrahimqızı Prezident İlham Əliyevin sammitdə ki çıxışında toxunduğu məsələlərədə diqqət çəkdi:

“Türkiyədə keçirilən TDT sammitinin əsas mövzusu XXI əsrin fəlakəti və fövqəladə hallarda vəziyyətdən çıxmaq üçün görülən işlər və yardımlaşma. Ankara Zirvəsinin önəmli məqamlarından biri də ilk dəfə Şimali Kıprıs Türk Dövlətinin də müşahidəçi kimi ştirak etməsidir. Bildiyimiz kimi TDT-nın sonuncu zirvə sammitində Şimali Kipr Türk Cümhuriyyəti ünvanladığı müşahidəçi statusluğuna baxılmış və müsbət qəbul edilmişdi. TDT-nın Ankara zirvəsində Macarıstanın baş naziri də iştirak etdi.

Möhtərəm Prezidentimiz Ankara Zirvə sammitində çox parlaq çıxış etdi. O, öncə çıxışında ilk olaraq, 6 fevralda qardaş Türkiyə Cumhuriyyətinin 13 milyon əhalisini əhatə edən zəlzələ nəticəsində baş vermiş ağır faciə, dağıntı, insan itkisinə münasibət bildirmişdi. Möhtərəm cənab İlham Əliyev çıxışında XXI əsrin fəlakəti adlanan bu fəlakətin ilk günündən Azərbaycan dövlətinin və Azərbaycan xalqının 7/77 zəlzələdən zərərçəkənlərə kömək etmiş və bu yardım bugün də davam edir.

Möhtərəm Prezidentimizin çıxında çox mühüm mesajlar səsləndirdi. O türk xalqlarının təkcə TDT-na üzv olan ölkılərdə yaşayab insanlardan deyil, geniş coğrafiyada yaşadıqlarını və onlara da diqqət olunmasını vurğuladı. Çıxışını davam etdirərək, 50 milyonluk Azərbaycan xalqının ancaq on milyonunun müstəqil Azərbaycanda yaşadığını, qalanlarının isə müxtəlıif ölkələrdə yaşamasını xatırlatdı. Dövlətimizin Başçısı çıxışpnda Respublikamızın İşğaldan azad edilən ərazilərində görülən işlər, eləcə də Ermənistanın təcavüzkar siyasətinin yenidən davam etməsi məsələsinə də toxundu.

Möhtərəm Prezidentimiz çıxışında 1988-1991-ci illərdə erməni millətçiləri tərəfindən 300 minə yaxın azərbaycanlıya qarşı törədilmiş deportasiya,etnik təmizləm və soyqırım nəticəsində onlar tarixi və doğma yurd yerlərindən didərgin düşmələri haqqında önəmli məlumatlar verdi.

O, qaçqın soydaşlarımız tərəfindən keçən il təsis edilmiş Qərbi Azərbaycan İcması və sülhyolu ilə, ləyaqətli şəkildə doğma yurdlarına qayıdışın yol xəritəsi olan konsepsiya haqqında vacib məqamlara da toxundu.

Sovet rejimində Zəngəzur və İrəvanın Ermənistana verilməsi ilə Türk dünyasına böyük zərbə vurulduğunu qeyd edən möhtərəm cənab ilham Əliyev bir daha Azərbaycan xalqının bu tarixi ədalətsizliklə barışmayacağını bildirərək, Orta Dəhlizin ən önəmli hissəsi olan Zəngəz dəhlizinin isfadəyə verilməsinin bütövlükdə Turk dünyası, TDT , eləcə də Avrasiya məkanı üçün böyük siyasi, iqtisadi əhəmiyyətə malik olduğunu vurğuladı.

Prezident Qərbi Azərbaycan İcmasının qəbul etdiyi konsepsiya haqqındada danışaraq Qərbi Azərbaycanlıların israrlı olduğunu bildirdi.”,-deyə o qeyd edib.

Fərahim Rəhimov