Paytaxtda qaçaqmalçılıq əməliyyatları zamanı 13 nəfər tutulub.
“Yeni Gundem” xəbər verir ki, məlumata görə, Ankara Polis İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi qrupları Altındağ, Çankaya, Çubuk, Keçiören, Mamak, Pursaklar və Sincan rayonlarında qaçaqmalçılara qarşı əməliyyat keçirib.
7 iş yeri, 4 nəqliyyat vasitəsi və anbarda axtarış aparılıb, 800 min ədəd boş balon (süzgəcli siqaret kağızı), 27 min 770 qutu siqaret, 5 min 110 ədəd seksual xarakterli məmulat, 2 min 828 ədəd siqaret, 1420 ədəd mobil telefon ehtiyat hissələri, 1420 ədəd elektron siqaret, 42 qutu tütün, 13 elektron siqaret mayesi, 4 butulka qeyri-qanuni içki və 2 mobil telefon götürülüb.
Nəzarətə alınan 13 şübhəli barəsində qanuni iş başlanılıb.