Ankarada qardaşlıq konserti keçirildi – VİDEObackend

Dekabrın 3-də Türkiyənın paytaxtı Ankara şəhərində Azərbaycan və Türkiyə dostluğuna həsr olunan konsert keçirilib.

Konsertdə iştirak edən Azərbaycan Respublikasının Xalq artisti Gülyanaq MəmmədovaYeni Gundem” -ə danışıb.

Konsertdə Azərbaycanın gözəl sənətkarları, xalq artistləri Gülyaz Məmmədova, Mənsum İbrahimov və Samir Cəfərov iştirk edir.Bizi müşayiət edir “Qız qalası” ansanblı, Mənsum İbrahimovu isə, ”Qarabağ” muğam qrupu muşayət edir.

Xalq artisti Gülyanaq Məmmədova konsert haqqında fikirlərini bildirərkən bunlarıda qeyd etdi:

“Konsertdə Azərbaycan və Türkiyə qardaşlığına həsr olunan nəğmələr ifa edildi. Türkiyə orkestrindən Şükriyyə xanım və Mustafa bəy iştirak edirdi. Konsertin Azərbaycan tərəfindən təşkilatçısı teleaparıcı Tarix Əliyev idi.”

Qeyd edək ki, dekabrın 7-də TÜRKSOY -un bağlanış konserti keçiriləcək.Gülyanaq Məmmədova həmin konsertdə iştirak edəcək. Növbəti il isə sözügedən konsert Şuşada təşkil ediləcək deyə xalq artisti bildirdi.